image-998465_srcbackend

Bu məşhur klublar Azərbaycana gəlir: “Zirə” və “Neftçi”nin 3-cü təsnifat mərhələsində mümkün rəqibləri müəyyənləşib

image-ads-728x90

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanı “Zirə” və “Neftçi” təmsil edəcək. “Zirə” ilk mərhələdə Gürcüstanın “Torpedo” (Kutaisi) klubunu hər iki oyunda 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib və indi Estoniyanın “Paide” komandası ilə üz-üzə gələcək. “Neftçi” isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq və Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq.

İkinci təsnifat mərhələsinin oyunları iyulun 23 və 30-da keçiriləcək. UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi isə 20 iyul tarixində baş tutacaq. Püşkatma zamanı “Zirə” – “Paide” və “Neftçi” – “Dinamo” (Minsk) cütlərinin qalibləri vahid iştirakçı kimi nəzərə alınacaq.
“Zirə” və “Neftçi”nin mümkün rəqibləri
Azərbaycan təmsilçiləri aşağıdakı cütlərin qaliblərindən biri ilə qarşılaşa bilərlər:

“Braqa” (Portuqaliya) – “Jelezniçar” (Bosniya və Herseqovina)
“Ayaks” (Niderland) – “Voyvodina” (Serbiya)
“Kopenhagen” (Danimarka) – “Polessye” (Ukrayna)
“Gent” (Belçika) – LNZ (Ukrayna)
“Rapid” (Avstriya) – “Santa Koloma” (Andorra)
“Panatinaikos” (Yunanıstan) – PAKS (Macarıstan)
“Ludoqorets” (Bolqarıstan) – “Hapoel” (Təl-Əviv, İsrail)
FCSB (Rumıniya) – “Auda” (Latviya)
“Rakuv” (Polşa) – “Valletta” (Malta)
“Partizan” (Serbiya) – UNA Strassen (Lüksemburq)
“Luqano” (İsveçrə) – “Dukacini” (Kosovo)
AEK (Kipr) – “Beytar” (İsrail)
“Başakşehir” (Türkiyə) – “İnter” (Finlandiya)
“Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya)
HJK (Finlandiya) – “Kolereyn” (Şimali İrlandiya)
“Zrinski” (Bosniya və Herseqovina) – “Valur” (İslandiya)
RFS (Latviya) – “Vestri” (İslandiya)
“Brann” (Norveç) – “Universitatya Kluj” (Rumıniya)
“Jalgiris” (Litva) – “Dinamo” (Tbilisi, Gürcüstan)
“Şkendiya” (Şimali Makedoniya) – “Bravo” (Sloveniya)

Avropa Liqasından gələcək mümkün rəqiblər
Bundan əlavə, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində məğlub olacaq aşağıdakı cütlərin uduzanları da Konfrans Liqasının üçüncü mərhələsində potensial rəqib ola bilər:
“Makkabi” (Təl-Əviv, İsrail) – “Şerif” (Moldova)
PAOK (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna)
“Midtyulland” (Danimarka) – “Beşiktaş” (Türkiyə)
“Ferensvaroş” (Macarıstan) – “Tvente” (Niderland)

Qeyd edək ki, UEFA-nın qüvvədə olan qaydalarına əsasən, Ermənistan və Azərbaycan klubları bir-biri ilə püşk yolu ilə qarşılaşa bilməz. Bu səbəbdən CFR Kluj – Alaşkert və Noah – Zimbru cütlərinin qalibləri Azərbaycan təmsilçilərinin mümkün rəqibləri siyahısından çıxarılıb.
UEFA ənənəsinə uyğun olaraq, püşkatma mərasimindən əvvəl komandalar qruplara bölünəcək və bununla da hər iki Azərbaycan klubunun potensial rəqiblərinin siyahısı daha da daralacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki