image-1backend

Bu ölkə Rusiya diplomatlarını ölkədən çıxara bilər- Qalmaqal

image-ads-728x90

Çexiya Respublikası Rusiya diplomatik nümayəndəliklərinin akkreditə olunmamış əməkdaşlarının hərəkətinə məhdudiyyətlər tətbiq edib. Korrekt.az xəbər verir ki, bu barədə Rusiyanın Praqadakı səfirliyindən “İzvestiya”ya bildiriblər.

“23 yanvar tarixində Rusiya səfirliyi Çexiya Xarici İşlər Nazirliyindən Aİ daxilində məhdudiyyətlər kontekstində ölkə daxilində hərəkət üçün yeni proseduru izah edən nota alıb. Bu, Çexiyadakı Rusiya diplomatik nümayəndəliklərinin akkreditə olunmamış əməkdaşlarına aiddir”, – deyə diplomatik nümayəndəlikdən bildiriblər.

Yanvarın 29-da Yunanıstan Xarici İşlər Nazirliyinin Rusiya diplomatlarının Avropa Birliyi daxilində hərəkətinə məhdudiyyətlər qoyulması barədə Afinadakı Rusiya səfirliyini məlumatlandırdığı bildirilib.

Bu arada, İsveç Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə məlumat verib ki, Aİ qaydalarına görə, diplomatik missiya artıq Rusiya diplomatlarının hərəkətləri barədə nazirliyə məlumat vermək məcburiyyətindədir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki