image-image_750x_6992e05fc84e2backend

Bu ölkədə 165 milyon dollarlıq narkotika ələ keçirildi

image-ads-728x90

El Salvador Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmi ələ keçirilib.

Korrekt.az xəbər verir ki, əməliyyat zamanı ölkə tarixində ən böyük narkotik partiyası – ümumilikdə 6,6 ton qadağan olunmuş maddə aşkarlanaraq müsadirə edilib. Məlumata görə, götürülən narkotiklərin ümumi bazar dəyəri təxminən 165 milyon dollar təşkil edir.

Uzunluğu 54 metr olan və Tanzaniya bayrağı altında üzən gəmi sahildən 703,7 kilometr məsafədə saxlanılıb.

Gəmidə olan 10 nəfərlik heyətin:
4-ü Kolumbiya,
3-ü Nikaraqua,
2-si Panama,
1-i isə Ekvador vətəndaşı olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki