Korrekt.az xəbər verir ki, İndoneziyanın Sumatra adasında bu ay müşahidə olunan güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 900-ü ötüb. Reuters rəsmi mənbələrə istinadən bildirir ki, əvvəlki rəqəmlərə görə ölüm sayı 846 nəfər idi.
Hökumətin son açıqlamasına əsasən, Şənbə günü Sumatra adasının üç əyalətində baş verən təbii fəlakətlər nəticəsində həyatını itirənlərin sayı 916 nəfərə çatıb. Bundan əlavə, 274 nəfər hələ də itkin düşmüş sayılır.
Yerli hakimiyyət orqanları vəziyyətin ağır olduğunu bildirərək, Cakartanı xilasetmə və humanitar əməliyyatlara əlavə maliyyə ayırmaq məqsədilə fövqəladə vəziyyət elan etməyə çağırıblar.





















