image-1backend

Aleksandr Vuçiç: III Dünya müharibəsi qaçılmazdır

image-ads-728x90

Serbiyanın istefa vermiş prezidenti Aleksandr Vuçiç bəyan edib ki, III Dünya müharibəsi qaçılmazdır.
Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, Avropa sürətlə silahlanır və genişmiqyaslı münaqişəyə hazırlaşır, silahlara böyük məbləğdə investisiya qoyur.

“Skandinaviya ölkələri, İsveç və hər kəsin nə qədər investisiya qoyduğuna baxın. Almaniyanın müdafiə şirkəti “Rheinmetall”ın mənfəəti 17 dəfə artıb. Bu, Çexovun pyeslərindəki kimidir: əgər silah birinci pərdədə asılıbsa, üçüncü pərdədə də partlayacaq” – Vuçiç əlavə edib.

Vuçiç vurğulayıb ki, Rusiya hücuma məruz qalacağı təqdirdə nüvə silahından müdafiə vasitəsi kimi istifadə edəcək. O, bir çox Avropa ölkəsinin hələ də buna inanmaqdan imtina etdiyini deyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki