image-1backend

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni dələduzluq ittihamı ilə həbs edildi

image-ads-728x90

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və Məmməd Məmmədzadə külli miqdarda dələduzluqda ittiham olunaraq həbs ediliblər. Zərərçəkmişlərə vurulduğu bildirilən ziyanın 600 min manatdan çox olduğu açıqlanıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rüfət Qasımzadə və Məmməd Məmmədzadə barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıblar.

Onlar qızıl-zinət əşyalarının satışı adı altında 317 min manat məbləğində dələduzluq etməkdə şübhəli bilinirlər. Araşdırmalar zamanı zərərçəkmişlərə vurulan ümumi ziyanın 600 min manatdan çox olduğu bildirilir.

Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanıb. Onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Qeyd edək ki, Rüfət Qasımzadə bu ilin fevral ayından dələduzluq ittihamı ilə bağlı araşdırmaların gündəmində olub. Hadisə ilə əlaqədar sosial şəbəkələrdə məlumatlar yayıldıqdan sonra polis tərəfindən araşdırma aparıldığı bildirilmişdi.

İş üzrə istintaq tədbirləri davam etdirilir.APA



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki