image-1backend

Bu qurumlar ləğv olunur

image-ads-728x90

Bakıda Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) ləğv olunur.

Korrekt.az xəbər verir ki, paytaxtda bu prosesin iyun ayınadək başa çatması gözlənilir.

Qeyd edək ki, Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına əsasən, Bakı da daxil olmaqla ölkədəki mənzil-kommunal istismar sahələrinin ləğvi və idarəetmənin müasir, özəl və ya kommunal müəssisələr vasitəsilə təşkili nəzərdə tutulur.

Onu da bildirək ki, MKTB-lərin əvəzinə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yeni vahid mənzil-kommunal təsərrüfatı MMC-ləri yaradılacaq. Bu islahat, idarəetməni müasirləşdirmək, xidmət keyfiyyətini artırmaq və şəffaflığı təmin etmək məqsədi daşıyır. Yeni strukturlar sakinlərlə müqavilələr əsasında fəaliyyət göstərəcək. /Bakıvaxtı.az/



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki