image-tramp_netanyaxu_28_07_2026backend

Bu tarixdə İrana hücum ola bilər: Tramp və Netanyahu İrana  hücumu müzakirə etdilər 

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında son həftələrdə İrana qarşı mümkün hücumla bağlı intensiv danışıqlar aparıldığı iddia olunur.

Korrekt.az xəbər verir ki, İsrailin “Kanal 13” telekanalının məlumatına görə, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl İrana hücum ehtimalının aşağı olduğunu bildiriblər.

Məlumata əsasən, Netanyahu da seçkilərdən əvvəl belə bir hücumun həyata keçirilməsini istəmir.

İsrail ordusunun İrana müstəqil hücum, ABŞ-la birgə əməliyyat və İrandan mümkün zərbələrə cavab ssenarilərinə hazırlaşdığı qeyd olunub.

İsrail tərəfi ABŞ-ın gələcəkdə İrana qarşı hücumları bərpa edə biləcəyini də ehtimal edir.

Qeyd edək ki, bunlar İsrail mediasının və adı açıqlanmayan rəsmilərin iddialarıdır.

Vaşinqton və Təl-Əviv mümkün hücumla bağlı yekun qərarın qəbul edildiyini təsdiqləməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki