image-1backend

“Bu tikintiyə icazə verən məmurlar cəzalandırılmalıdır” -Fərid Şahbazlı

image-ads-728x90

“Keşlədə kollektor üzərində tikilən ev təhlükəsizlik məqsədi ilə söküldü. Ancaq evin sökülməsi problemi həll etmir, sadəcə nəticəni aradan qaldırır. Əsas sual qalır: bu tikintiyə kim və necə göz yumub?”– bu fikirləri Editor.az saytının baş redaktoru Fərid Şahbazlı bildirib.

Baş redaktor bildirib ki, vətəndaşın evi sökülürsə, ona külli miqdarda maddi və mənəvi ziyan dəyirsə, o zaman bu tikintiyə hansısa maraq qarşılığında razılıq verən rayon icra hakimiyyətinin, bələdiyyənin rəhbərliyi, eyni zamanda FHN-nin əlaqədar qurumların rəhbərliyə də məsuliyyətə cəlb edilməlidir.

“Bakıda kommunikasiya xətlərinin üzərində və təhlükəli zonalarda inşa olunan çoxsaylı qanunsuz tikililər var. Bu hallar yalnız vətəndaş məsuliyyətsizliyi ilə deyil, nəzarət və icra mexanizmlərinin ciddi boşluqları ilə bağlıdır. Əgər məsul şəxslər hüquqi cavabdehlik daşımayacaqsa, oxşar hallar təkrarlanacaq.”- deyə Fərid Şahbazlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki