image-1backend

Bu vətəni uğrunda canından keçmiş şəhidlərə və qazilərə qarşı hörmətsizlikdir- Bəhruz Məmmədzadə

image-ads-728x90

“Bayram günlərində bir neçə məkanı və həmin ərazilərdə yerləşən məzarlıqları ziyarət edərkən diqqət çəkən hallarla qarşılaşıb. Onun sözlərinə görə, bəzi qəbir daşlarının üzərində Azərbaycan Dövlət bayrağı ilə yanaşı digər ölkələrin – xüsusilə Rusiya və Ukraynanın bayraqlarının yerləşdirildiyini müşahidə etdim. Hətta bəzi məzarların üzərində “şəhid” sözünün yazıldığını da gördüm”– bu fikirləri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə bildirib.

Bəhruz Məmmədzadə bu cür halları düzgün hesab etmədiyini vurğulayaraq bildirib ki, bu, vətəni uğrunda canından keçmiş şəhidlərə və qazilərə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Onun fikrincə, aidiyyəti qurumlar məsələ ilə bağlı nəzarəti gücləndirməlidir.

“Bir millətin nümayəndələrinin başqa dövlətlərin müharibələrində iştirak edərək həlak olması və sonradan həm Azərbaycan, həm də digər ölkələrin bayraqları altında dəfn olunması doğru yanaşma deyil. Əlbəttə, vətəndaşlarımızın xarici ölkələrdə həyatını itirməsi üzücüdür. Lakin bu, onların şəhid statusu daşıması anlamına gəlmir. Azərbaycan bayrağı altında dəfn olunmaq və məzar üzərində digər dövlətlərin bayraqlarının yerləşdirilməsi qanunvericiliyə uyğun deyil”, – deyə o bildirib.

Birlik sədri əlavə edib ki, bu məsələyə həssas yanaşılmalı, mövcud halların qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki