image-img_20260218_055150backend

Çempionlar Liqası: “Real Madrid” və PSJ sensasiyaya imkan vermədi 

image-ads-728x90

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bir sıra maraqlı qarşılaşmalar baş tutub.

Korrekt.az xəbər verir ki, İspaniya təmsilçisi Real Madrid səfərdə Portuqaliyanın Benfika klubunun qonağı olub. Lissabonda keçirilən görüşdə Madrid təmsilçisi minimal hesabla qalib gəlib – 1:0. Oyunun yeganə qolunu braziliyalı hücumçu Vinisius Junior 50-ci dəqiqədə vurub.

Fransada isə çempion PSJ doğma meydanda Monakonu qəbul edib və gərgin keçən qarşılaşmada 3:2 hesablı qələbə qazanıb. Paris klubunun heyətində fransalı hücumçu Desire Doue dubl edib, mərakeşli müdafiəçi Achraf Hakimi isə komandasının digər qoluna imza atıb.

Digər oyunda Almaniyanın Borussiya Dortmund klubu evdə İtaliya təmsilçisi Atalanta üzərində 2:0 hesablı qələbə qazanıb. Qolları Seru Girassi və Maksimilian Bayer vurublar.

Cavab qarşılaşmaları fevralın 25-də keçiriləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki