image-imagesbackend

 “Çənlibel” ailəvi restoranı Yeni Günəşlidə sakinləri bezdirib: “Gecə saat 12-də mahnı açırlar, evdə yatmaq olmur”

image-ads-728x90

Bakının Yeni Günəşli qəsəbəsində yerləşən “Çənlibel” ailəvi restoranı ilə bağlı ərazidə yaşayan sakinlər tərəfindən şikayət səsləndirilib.

Korrekt.az xəbər verir ki, sakinlərin sözlərinə görə, xüsusilə axşam və gecə saatlarında restorandan gələn yüksək səsli musiqi onların rahatlığını pozur. Bildirilir ki, gec saatlarda səsləndirilən musiqi ətrafdakı evlərdə yaşayan insanların istirahətinə və yuxusuna mane olur.

Sakinlərdən biri bildirib ki, restoranın səs-küyü ilə bağlı narazılıqları dəfələrlə olub:

“Yüksək səsli musiqidən şikayətçiyik. Gecə saat 11-12-də yüksək səslə mahnı açırlar. Evdə yatmaq, istirahət etmək olmur. Baxmırlar, yaşlısı var, cavanı var. İnsanların istirahət hüququna hörmət etmək lazımdır”.

Sakinlər hesab edirlər ki, restoran fəaliyyətini davam etdirərkən ətrafda yaşayan insanların da rahatlığını nəzərə almalıdır. Onların sözlərinə görə, xüsusilə gecə saatlarında səs-küyün azaldılması vacibdir.

Məsələ ilə bağlı restoran əməkdaşının da münasibəti öyrənilib. Əməkdaş sakinlərin iradlarına cavab olaraq bildirib:

Səs verib buraları dağıtmamışam. Mənə televiziya da heç nə edə bilməz”.

Restoran əməkdaşının bu açıqlaması isə sakinlərin narazılığını daha da artırıb.

Qeyd edək ki, yaşayış məntəqələrində ictimai iaşə obyektlərinin fəaliyyəti zamanı ətrafda yaşayan insanların rahatlığının və gecə istirahətinin nəzərə alınması sakinlər üçün mühüm məsələlərdən biridir.

Sakinlər aidiyyəti qurumların məsələyə münasibət bildirməsini və gecə saatlarında yaranan səs-küy probleminin aradan qaldırılmasını istəyirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki