image-3e900f6cd3887a6f98b1dbc9caa23926backend

Çin maşınları “Volkswagen”i gedər-gəlməzə göndərir – Ölkə sərvəti qədər zərər

image-ads-728x90

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” ciddi maliyyə böhranı ilə üzləşib. Şirkət 2026-cı ilin üçüncü rübündə 5,8 milyard avro zərər açıqlayıb.

Korrekt.az xəbər verir ki, Çin avtomobil istehsalçılarının güclənən rəqabəti, ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və elektromobillərə keçidlə bağlı yüksək xərclər şirkətin maliyyə vəziyyətini ağırlaşdırıb.

İyul-sentyabr aylarında “Volkswagen”in satış gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq 75,3 milyard avroya düşüb.

Avtomobil nəhənginin dünya üzrə satışlarında da ciddi geriləmə qeydə alınıb. Xüsusilə Çin bazarında yerli avtomobil istehsalçılarının güclənməsi Almaniya şirkətinin mövqelərini zəiflədib.

Maliyyə itkilərinin əsas səbəbləri sırasında “Porsche” markasının fəaliyyətindəki problemlər, elektromobil strategiyasına yenidən baxılması və istehsal xərclərinin artması da göstərilir.

Şirkət xərcləri azaltmaq və rəqabət qabiliyyətini bərpa etmək üçün genişmiqyaslı yenidənqurma proqramı həyata keçirməyi planlaşdırır. Məlumata görə, 2030-cu ilədək təxminən 100 min iş yerinin ixtisarı nəzərdə tutulur.

Bundan başqa, Almaniyadakı istehsal müəssisələrinin gələcəyi ilə bağlı müzakirələr davam edir. Xərclərin azaldılması məqsədilə zavodların fəaliyyətinin yenidən təşkili və istehsal güclərinin optimallaşdırılması gündəmdədir.

“Volkswagen”in maliyyə direktoru Arno Antlits şirkətin xərcləri azaltmaq üçün təcili tədbirlər görməli olduğunu bildirib.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki