image-1backend

Daha bir ABŞ təyyarəsi qəzaya UĞRADI

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Amerika mediasının verdiyi məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Thunderbirds komandası tərəfindən idarə olunan F-16C Fighting Falcon tipli qırıcı təyyarə, planlı təlim uçuşu zamanı Kaliforniyanın Ölüm Vadisi yaxınlığında, Trona hava limanının cənubunda qəzaya uğrayıb.

Hadisə ucqar səhra bölgəsində baş verib. İlkin məlumatlara əsasən, təyyarə aydın olmayan şəraitdə yerə çırpılıb. Təyyarənin pilotu qəza zamanı vaxtında təyyarəni tərk edərək xilas olub. Pilot yalnız yüngül xəsarət alıb və təcili tibbi yardımla Ridgecrest Xəstəxanasına aparılıb.

Qəzanın səbəbləri hələ də araşdırılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki