ABŞ-ın Filadelfiya şəhərində keçirilən Dünya Kubokunun qrup mərhələsinin ikinci turunda Fransa – İraq oyunu ildırım və yağış səbəbindən qeyri-müəyyən müddətə dayandırılıb.
İlk hissədən sonra Fransa komandası 1:0 hesabı ilə qalib gəlir.
Yeganə qolu 14-cü dəqiqədə “Real Madrid”in hücumçusu Kilian Mbappe vurub. O, milli komandada 100-cü oyununu keçirir və dünya çempionatlarında 15-ci qolunu vurub.





















