image-1backend

DİN əməliyyat keçirdi – Saxlanılanlar var –FOTO

image-ads-728x90

Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanıb.

Ş.Aslanlı və S.Həsənovun çətənə kollarını ötən ay əkərək xüsusi qulluq göstərdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki