Qazaxda Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.Korrekt.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə Dövlət Sərhəd Xidmətinin Qazaxda yerləşən N saylı hərbi hissəsində baş verib.
Belə ki, rayonun Daş Salahlı kəndində yerləşən hərbi hissəsinin hərbi qulluqçusu, əsgər 2001-ci il təvəllüdlü Ələkbərov Əkbər Rövşən oğlu xidmət vaxtı odlu silahdan özünə atəş açıb. O, hadisə yerində ölüb.
Qeyd edək ki, intihar edən DSX əsgəri Ə.Əkbərov bu gün İsmayıllıda dəfn ediləcək.
Hadisə ilə bağlı cinayət işi açılıb.





















