image-1backend

Dünya sülh anlayışını yenidən öyrənməlidir -Ekspert

image-ads-728x90

“Dünyada zorla formalaşdırılan mövcud vəziyyət təsadüfi xarakter daşımır.Qlobal tendensiyaları müəyyən edən müəyyən güclər müasir insanın dünyaya və baş verən proseslərə münaqişə prizmasından baxmasını təşviq edir.” –  bu fikirləri iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı bildirib.

Ekspert qeyd edib ki, bu səbəbdən “sülh” və “müharibə” anlayışlarına artıq siyasi deyil, daha çox iqtisadi münasibətlərin təzahürü kimi yanaşmaq lazımdır.

image-1

“Dünya mətbuatının ən sadə monitorinqi göstərir ki, sülh artıq reytinq gətirmədiyi üçün populyar mövzu kimi arxa plana keçib”, – deyə Arzuman Muradlı vurğulayıb.

Arzuman Muradlı Prezident İlham Əliyevin fevralın 4-də Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmasını bu yanaşmanın bariz nümunəsi kimi dəyərləndirib. Onun fikrincə, dünya siyasi elitası bu gün iki düşərgəyə bölünüb: qazanc və siyasi nüfuz naminə müharibə mühitini təşviq edənlər və xalqların davamlı inkişafını təmin edə biləcək dayanıqlı sülhü müdafiə edənlər.

Ekspert bildirib ki, Əbu-Dabidə baş verən proseslər, eləcə də bir sıra dünya liderlərinin çıxışları fonunda Prezident İlham Əliyev sülh tərəfdarlarının simasına çevrilib. “Məhz həyata keçirilən siyasətin nəticəsində bir vaxtlar təsəvvür belə edilməyən sülh bu gün regionumuzun reallığıdır”, – deyə o qeyd edib.

Arzuman Muradlı vurğulayıb ki, bir neçə il öncə Azərbaycan və Ermənistan liderlərinin istənilən beynəlxalq platformada görüşü dünya mətbuatında sensasiya kimi təqdim olunurdu və bu görüşlər ətrafında qərəzli manipulyasiyalar aparılırdı. Onun sözlərinə görə, bu yanaşmanın əsas məqsədi regionda münaqişə rejimini qorumaq və təsir alətlərini artırmaq idi.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin Qələbə nəticəsində əldə olunan sülh mesajları və sülh təşəbbüsləri əvvəlki dövrlərdə olduğu kimi beynəlxalq aləmdə eyni coşqu ilə qarşılanmadı. Bununla belə, fevralın 4-də Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş zamanı normallaşma prosesinin ikitərəfli əsasda davam etdirilməsinin vacibliyi və sülhün möhkəmləndirilməsi ilə bağlı səsləndirilən bəyanatlar regionda dayanıqlı sülhə olan ümidləri artırıb.

Arzuman Muradlı Prezident İlham Əliyevin “Biz sülh şəraitində yaşamağı öyrənirik” fikrinə də diqqət çəkərək bildirib ki, bu ifadə təsadüfi deyil.

“Dünya, xüsusilə də regionumuz sülh vərdişlərini itirib. Tarixi Qələbəmiz xalqımıza sülhə olan inamı yenidən qaytardı. Görünən odur ki, sülhü təkcə bizim ölkələr deyil, bütün dünya yenidən öyrənməlidir”, – deyə ekspert vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki