Nüfuzlu Transfermarkt saytı dünyanın ən bahalı futbol yarımmüdafiəçilərinin siyahısını təqdim edib. Korrekt.az xəbər verir ki, siyahının birinci pilləsində “Real Madrid” və İngiltərə millisinin yarımmüdafiəçisi Yurgen Bellingham qərarlaşıb. 22 yaşlı futbolçunun bazar qiyməti 160 milyon avro olaraq müəyyən edilib.
İkinci yerdə isə “Barselona” klubunun 23 yaşlı ispaniyalı yarımmüdafiəçisi Pedri gəlir. Onun qiyməti 140 milyon avro olaraq qiymətləndirilir.
Siyahının üçüncü sırasını “Bavariya” klubunun 22 yaşlı futbolçusu Camal Musiala tutur. Onun transfer qiyməti isə 130 milyon avro təşkil edir.
Bundan başqa, “Arsenal”dan Deklan Rays, “Real Madrid”dən Federiko Valverde və “Çelsi”dən Koul Palmer də siyahıya daxil olan futbolçulardır. Bu üç futbolçunun hər birinin qiyməti isə 120 milyon avro olaraq göstərilir.
Dünyanın ən bahalı yarımmüdafiəçilərinin sıralaması, bu mövqedəki futbolçuların bazar dəyərinin artdığını və onların klub komandaları üçün nə qədər vacib olduğunu bir daha sübut edir.





















