Korrekt.az xəbər verir ki, Polşanın Krakov şəhəri Radical Storage araşdırma şirkətinin məlumatına görə, dünyanın ən təmiz şəhəri seçilib və bu, onu səyahət üçün ən rahat şəhər edib.
Məlumata görə, Krakovu ziyarət edən turistlərin 98,5 faizi onun çox təmiz şəhər olduğunu bildirib. İkinci yerdə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhəridir. Bu şəhəri turistlərin 98 faizi bəyənib. Üçüncü yerdə 97,9 faiz reytinqlə Sinqapur şəhər-ştatıdır. Siyahıya Varşava, Doha, Ər-Riyad, Praqa, Maskat, Dubay və Fukuoka da daxildir.





















