image-1backend

“Əgər Vardanyan Azərbaycanda həbs olunmasaydı…”- Politoloq

image-ads-728x90

“Rəsmi İrəvan aparılan danışıqlara baxmayaraq, köhnə siyasi yanaşmalarından tam imtina etməyib.  Ermənistan rəsmiləri hələ də üzərlərinə düşən məsuliyyəti düzgün qiymətləndirmirlər və bu, son açıqlamalarda da özünü göstərir.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-1

Arzuman Muradlı bildirib ki, iki gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyanın səsləndirdiyi fikirlər buna nümunədir.

“Simonyan qeyd edib ki, İrəvan Bakıda saxlanılan sonuncu erməni məhbus evinə qayıdana qədər fəaliyyətini davam etdirəcək.”- deyə Arzuman Muradlı bildirib.

Politoloqun fikrincə, bu bəyanat daha çox daxili auditoriyaya hesablanıb:
“Simonyan bu açıqlama ilə erməni cəmiyyətinə mesaj verir ki, guya Ermənistan hökuməti məhbusların azad olunması istiqamətində fasiləsiz çalışır. Halbuki, Ruben Vardanyan kimi şəxsin azadlığa buraxılması baş nazir Nikol Paşinyan və ümumilikdə hakimiyyət üçün əlavə problemlər yarada bilər.”

Arzuman Muradlı bildirib ki, əgər Ruben Vardanyan hansısa formada Qarabağdan Ermənistana keçə bilsəydi, bu halda ölkə daxilində siyasi gərginlik arta bilərdi. Onun sözlərinə görə, Vardanyan Rusiyanın mümkün dəstəyi ilə Paşinyan hakimiyyətinə qarşı ciddi siyasi və maliyyə təsir alətinə çevrilə bilərdi.

“Əgər Vardanyan Azərbaycanda həbs olunmasaydı, müəyyən müddətdən sonra onu İrəvanda Paşinyan hakimiyyəti həbs etmək məcburiyyətində qala bilərdi. Bu isə parlament seçkiləri ərəfəsində oliqarxın tərəfdarlarının hökumətə təzyiqi ilə müşayiət olunacaqdı”, – deyə politoloq vurğulayıb.

Arzuman Muradlının qənaətincə, Alen Simonyanın açıqlaması səmimi deyil və Ermənistan hakimiyyəti faktiki olaraq Vardanyanın məhz Azərbaycanda saxlanılmasında maraqlı tərəf kimi çıxış edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki