Aparıcı Elgiz Əkbər efirdə maraqlı açıqlaması ilə diqqət çəkib.
Aparıcısı olduğu verilişdə Elgiz Əkbər hazırda Milli Məclisin deputatı olan keçmiş köşə yazarı barədə danışıb və ona olan gileyini dilə gətirib.
Elgiz bildirib ki, həmin şəxs köşə yazarlığı etdiyi vaxtlarda aidiyyəti olmayan yazılarında belə onun fotosundan istifadə edirmiş.
“O vaxt köşə yazırdı, mən aidiyyəti olmayan yazılarında həmişə şəklimi qoyurdu. Bir dəfə yığdıq ki, bu nə deməkdir? Mənə cavab verdi ki, ‘Zamanı gələcək, bunun nəticəsini sən görəcəksən’. Zaman gəldi, mən nəticəni gördüm. Özü oturub Milli Məclisdə, heç zəng edib ‘necəsən?’ də demir”, – deyə Elgiz Əkbər söyləyib.
Aparıcının bu sözləri veriliş zamanı müzakirə yaradıb. Elgiz Əkbərin açıqlaması sosial şəbəkələrdə də diqqət çəkib. (milli.az)





















