image-1backend

Elgün Səfərov: “Bloqerlər dövlət siyasətində rol alır”

image-ads-728x90

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bloqerlərlə rəsmi əməkdaşlığa başlayan ilk dövlət qurumlarından biridir.

Korrekt.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə əsaaən, qurumlar media ilə yanaşə bloggerlərlə də sıx əməkdaşlıq qurmalıdır:

“Media qurumları ilə bu istiqamətdə əməkdaşlıq aparılır və bu rəqəmsal mühitdə baş verən gözlənilməz risklər barədə dəfələrlə müzakirələr olub. İllk ildən etibarən bu əməkdaşlıq qurulub, digər dövlət qurumlarından fərqli olaraq biz bu addımı erkən atmışıq. Bloqerlər də bu sahədə öz töhfələrini verirlər və verməlidirlər. Ona görə də biz rəqəmsal mühitdə uşaqların və qadınların qorunması məsələsinə səviyyələr üzrə yanaşmalıyıq: uşaqlara qarşı təhlükəsizlik, qadınlara qarşı təhlükəsizlik və eyni zamanda müsbət tərəflər də nəzərə alınmalıdır”.

E.Səfərov Azərbaycanda myGov kimi platformaların müxtəlif dillərdə təqdim olunduğunu və elektron xidmətlərin əlçatanlığının təmin edildiyini, amma yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sual altında olduğunu bildirib: 

“Statistik göstəricilərə baxdıqda elektron xidmətlərdən istifadə üzrə 10, 14 və 18 yaşa qədər qrupların müqayisəsində görürük ki, Azərbaycan qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmış şəxslərin bu xidmətlərdən istifadə səviyyəsi hələ də istənilən səviyyədə deyil. Bu istiqamətdə yeni reklam və maarifləndirmə işlərinə başlanılıb. Eyni zamanda qadınların da bu xidmətlərə əlçatanlığı məsələsi var. Bu proseslər davamlı şəkildə həyata keçirilir və bu, hökumətin birgə fəaliyyətinin nəticəsidir. Ona görə biz buna strateji məsələ kimi yanaşmalıyıq. Uşaq hüquqlarının müdafiəsi yalnız layihələrin keçirilməsi və müəyyən say hədəflərinə çatmaqla məhdudlaşmamalıdır. Azərbaycan təkcə 100 min əhali deyil, 10 milyondan çox əhalisi olan bir ölkədir. Biz təkcə ölkə daxilini deyil, xaricdə yaşayan Azərbaycan vətəndaşlarını da nəzərə almalıyıq, çünki onların da hüquqlarının müdafiəsi vacibdir”.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki