image-1backend

Əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan reysləri təxirə salınıb

image-ads-728x90

Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixində həyata keçirilməsi planlaşdırılan Bakı–Naxçıvan–Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

AZAL-dan bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrası bərpa ediləcək.

Sərnişinlər uçuş cədvəlində baş verə biləcək dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.

Qeyd olunub ki, milli aviadaşıyıcı tərəfindən bütün qərarlar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilir.

Uçuşların beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirildiyi bildirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki