Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.
Korrekt.az xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.
Məlumata görə, ölənlər arasında Səudiyyə Ərəbistanının dörd vətəndaşı, Banqladeşin iki vətəndaşı, həmçinin ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudandan olan hər biri bir nəfər var.
Hücum zamanı yaralanan 309 nəfərə xəstəxanalarda tibbi yardım göstərilir. Yaralılar arasında vəziyyəti ağır olan şəxslərin də olduğu bildirilir.
GACA-nın məlumatına əsasən, raket hücumu nəticəsində hava limanının infrastrukturuna maddi ziyan dəyib. Hazırda dəymiş ziyanın miqyası qiymətləndirilir.
The Wall Street Journal nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, hava limanının 3-cü və 4-cü terminalları birbaşa raket zərbələri nəticəsində ciddi zədələnib.
Məlumatda beynəlxalq hava limanının oktyabrın 11-i gününün sonunadək fəaliyyətini dayandıracağı qeyd olunub.





















