image-1backend

Əraqçı İran-ABŞ danışıqlarını regional həmkarları ilə müzakirə edib 

image-ads-728x90

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı bir neçə ölkənin xarici işlər naziri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Məlumata görə, Əraqçı  Türkiyə,  Misir,  Qətər,  Səudiyyə Ərəbistanı və  İraqdan olan həmkarları ilə ABŞ və İran arasında aparılan danışıqlar mərhələsindəki son prosesləri müzakirə edib.

Telefon danışıqları zamanı İran XİN rəhbəri həmkarlarına ölkəsinin mövqeyi və bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər barədə də məlumat verib.

Görüşlərin əsas mövzusu Vaşinqton və Tehran arasında danışıqlar prosesinin hazırkı mərhələsi və bölgədə mümkün təsirləri olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki