image-1backend

Ərbildə dron hücumu: Hava limanının fəaliyyəti dayandırıldı

image-ads-728x90

İraqın Ərbil şəhərində bu səhər saatlarında dron hücumu nəticəsində bir neçə partlayış baş verib.

Korrekt.az xəbər verir ki, hücum zamanı hava hücumundan müdafiə sistemləri işə düşüb və şəhərdə hava hücumu xəbərdarlığı elan edilib. Bir neçə dronun hava hücumundan müdafiə sistemlərini keçərək şəhərdəki hədəflərə çatdığı bildirilir.

Hadisədən sonra Ərbil Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Hücum nəticəsində ölən və yaralananların olub-olmaması, eləcə də dəymiş ziyanın miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Ərbil hava limanı və şəhərdə ABŞ hərbçilərinin yerləşdiyi obyektlər daha əvvəl də dron hücumlarının hədəfinə çevrilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki