image-1backend

Ərdoğan Aşqabadda Putinlə görüşüb- FOTO

image-ads-728x90

Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 2025-ci ilin “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan edilməsi münasibətilə təşkil edilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabadda olan prezident Ərdoğan, Forum çərçivəsində təmaslarını davam etdirir.

Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb. Forumdan sonra prezident Ərdoğan Rusiya prezidenti Putinlə onun otelində görüşüb. Görüşdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya direktoru Burhanəddin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və AK Partiyasının sədr müavini Halit Yerebakan da iştirak edib.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki