image-1backend

Ərdoğan: Çanaqqala Zəfəri Türkiyə tarixinin ən şanlı dastanlarından biridir

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 Mart Şəhidlərin Anım Günü və Çanaqqala Dəniz Zəfərinin 111-ci ildönümü münasibətilə mesaj yayımlayıb.

Korrekt.az xəbər verir ki, Ərdoğan  bildirib ki, Çanaqqala Zəfəri Türkiyə tarixinin ən şanlı dastanlarından biridir və hər il böyük qürur və ehtiramla yad olunur. Onun sözlərinə görə, “Çanaqqala təkcə bir döyüş deyil, həm də imanın, fədakarlığın, vətən sevgisinin və milli şüurun bütün dünyaya elan edildiyi unikal bir dastandır”.

Prezident vurğulayıb ki, Çanaqqalada imanla dolu ürəklərin apardığı mübarizə millətin azadlıq və müstəqillik uğrunda əzmini nümayiş etdirən tarixi dönüş nöqtəsi olub.

Mesajda qeyd olunub ki, Anadolunun müxtəlif bölgələrindən cəbhəyə yollanan insanlar – kişi və qadın, gənc və yaşlı – bir millət kimi birləşərək vətəni canları bahasına müdafiə ediblər. Ərdoğan bildirib ki, əcdadların göstərdiyi müqavimət təkcə Türkiyənin deyil, dünyada zülm altında yaşayan xalqların taleyinə də təsir göstərib.

Prezident əlavə edib ki, Çanaqqalada nümayiş etdirilən qəhrəmanlıq millətin qardaşlığı, həmrəyliyi və ortaq taleyinin ən güclü simvollarından biridir və bu ruh bu gün də ölkənin inkişaf hədəflərinə çatmaqda mühüm rol oynayır.

Ərdoğan vurğulayıb ki, “Türk Əsri” hədəflərinə doğru irəlilədikcə, bu tarixi mirasdan güc alınır və Çanaqqala ruhu millətin birliyinə yönələn bütün təhdidlərə qarşı əsas ilham mənbəyi olaraq qalır.

Sonda dövlət başçısı başda Mustafa Kamal Atatürk olmaqla, Çanaqqala qəhrəmanlarını, şəhidləri və qaziləri rəhmət və minnətdarlıqla yad etdiyini bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki