Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ixracat göstəricilərinin tarixi maksimuma çatdığını açıqlayıb.
Korrekt.az xəbər verir ki, Ərdoğan sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, 2026-cı ilin ilk doqquz ayında Türkiyənin ixracatı 211 milyard dollara yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.
Türkiyə lideri bölgədə davam edən müharibə və böhranlara baxmayaraq, ölkənin inkişaf və iqtisadi artım yolunda irəliləməyə davam etdiyini vurğulayıb.
“2026-cı ilin ilk beş ayında ixrac rekordunu qıraraq tarixi bir uğura imza atdıq. İllik ixracatımız bu günə qədərki ən yüksək səviyyəyə – 287,3 milyard dollara çatıb”, – Ərdoğan qeyd edib.
Prezident sentyabr ayında da ixracatın rekord göstəriciyə çatdığını bildirib. Onun sözlərinə görə, həmin ay Türkiyə Cümhuriyyəti tarixində ən yüksək sentyabr ixracatı qeydə alınıb və bu rəqəm 26 milyard dollar təşkil edib.
Türkiyənin xarici ticarət kəsiri də 24,8 faiz azalıb. Hazırda kəsirin həcmi 5,232 milyard dollar təşkil edir.
Bununla yanaşı, ixracın idxalı qarşılama nisbəti 76,4 faizdən 83,2 faizə yüksəlib. Ölkənin ümumi xarici ticarət artımı isə 6,8 faiz təşkil edib.





















