Gürcüstan və Ermənistanın iqtisadiyyat nazirləri ticarət-iqtisadi münasibətlərin inkişafı, investisiya qoyuluşu və turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

İrəvanda Gevorq Papoyanla görüşdə Mariam Kvrivişvili həmçinin qeyd edib ki, Ermənistan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. 2025-ci il etibarilə Ermənistan ticarət dövriyyəsində 9-cu, ixracda isə 5-ci yerdədir.





















