image-1backend

“Ermənistanla ehtiyatlı olmalıyıq” – Lukaşenko

image-ads-728x90

Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanla münasibətlərdə çox diqqətli və nəzakətli olmalı olduğunu hesab edir.

Bununla bağlı Belarusun “BelTA” agentliyi məlumat yayıb.

Lukaşenko KTMT-nin baş katibi Taatbek Masadikovla görüşündə deyib ki, Ermənistandakı seçkiöncəsi vəziyyət nəzərə alınmalıdır: “Bilirsiniz ki, Ermənistan KTMT-nin işini dəstəkləmir, lakin üzv olaraq qalır. Biz çox nəzakətli olmalıyıq. Ermənistan bu baxımdan, xüsusən də seçki dövründə çətin vəziyyətdədir. Çox mürəkkəb bir vəziyyətdir. Buna görə də Ermənistanla münasibətlərimizdə çox diqqətli və ehtiyatlı olmalıyıq”.“AzPolitika”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki