image-1backend

Əsrlər boyu Azərbaycan və gürcü xalqları qardaşlıq şəraitində yaşayıb – Politoloq

image-ads-728x90

” Azərbaycan ilə Gürcüstan arasında münasibətlər yalnız müasir dövrün siyasi və iqtisadi maraqları ilə məhdudlaşmır, bu əlaqələrin kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli münasibətlər bütün sahələr üzrə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun fikrincə, bu gün Azərbaycan–Gürcüstan münasibətləri sadəcə qonşuluq əlaqələri deyil, qarşılıqlı etimad, ortaq maraqlar və vahid strateji baxış üzərində qurulan nümunəvi tərəfdaşlıq modelidir.

Tarix boyu formalaşmış dostluq ənənələrinin müasir dövrdə daha da möhkəmləndiyini vurğulayan Arzuman Muradlı bildirib ki, bu münasibətlər regionda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas dayaqlarından birinə çevrilib.

O əlavə edib ki, ötən dövr ərzində rəsmi Bakı və Tbilisi uzunmüddətli maraqlardan çıxış edərək Cənubi Qafqazın iqtisadi arxitekturasını formalaşdırıb və regionu mühüm enerji və ticarət keçid mərkəzinə çevirib. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu kimi meqa layihələr iki ölkəni ortaq məqsəd və maraqlar ətrafında birləşdirən əsas sütunlar kimi qiymətləndirilir.

Politoloq Prezident İlham Əliyevin Gürcüstana səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, dövlət başçısının Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra səsləndirdiyi fikirlər Azərbaycan–Gürcüstan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bir daha təsdiqləyir. Onun sözlərinə görə, bu yanaşma iki qonşu ölkə arasında münasibətlərin necə qurulmalı olduğuna dair nümunə kimi çıxış edir.

Arzuman  Muradlı qeyd edib ki, bu gün Azərbaycan və Gürcüstan birgə səylərlə yalnız öz milli iqtisadiyyatlarını inkişaf etdirmir, eyni zamanda region və bütövlükdə Avrasiya məkanında mühüm rol oynayan ölkələrə çevriliblər.

Politoloq sonda vurğulayıb ki, əsrlər boyu Azərbaycan və gürcü xalqları qardaşlıq şəraitində yaşayıb və bu ənənə bu gün də davam edir. Onun fikrincə, bölgədə nümunəvi qonşuluq münasibətlərini əks etdirən bu tərəfdaşlıq gələcəkdə də uğurla inkişaf edəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki