image-1backend

Evlərin qiyməti durmadan artır – Əlçatmaz HƏDD

image-ads-728x90

2026-cı ilin iyun ayında Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davam edib.

Korrekt.az  xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yaydığı aylıq hesabatda bildirilib.

Məlumata görə, may ayı ilə müqayisədə iyunda yay mövsümünün başlaması, alıcı fəallığının yüksəlməsi və investisiya məqsədli alışların artması nəticəsində bazarın bütün əsas seqmentlərində müsbət dinamika qeydə alınıb. Ən yüksək qiymət artımı isə yenə torpaq bazarında müşahidə olunub.

qaynarinfo.az

Hesabatda qeyd edilir ki, daşınmaz əmlak bazarında əsas hərəkətverici qüvvə iyun ayında da torpaq seqmenti olub. Mövsümi aktivlik, fərdi yaşayış evlərinə tələbin artması və tikinti üçün yararlı torpaq sahələrinin məhdudlaşması qiymətlərin daha sürətlə bahalaşmasına səbəb olub. Mənzil bazarında yeni tikililər və “katlovan” layihələrində qiymət artımı davam etsə də, köhnə tikili mənzillərdə bahalaşma əvvəlki aylarla müqayisədə daha mülayim olub.
İyun ayında Xəzər, Sabunçu və Suraxanı rayonları torpaq bazarında ən yüksək aktivlik nümayiş etdirib. Mərkəzi rayonlarda isə təklifin məhdud olması fərdi yaşayış evlərinin qiymətlərinin sabit şəkildə artmasına səbəb olub.

Evlərin qiyməti niyə durmadan artır?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a bildirib ki, torpaq tükənən resurs olduğu üçün onun qiymətinin artması digər daşınmaz əmlak növlərindən fərqlənir. Onun dediyinə görə, torpaq məhdud resursdur. “Bundan əlavə, tikinti aparılması üçün tələb olunan normativlər, sənədləşmə qaydaları və digər hüquqi tələblərə cavab verən torpaq sahələrinin sayı da ildən-ilə azalır. Bu da qiymət artımını sürətləndirən əsas amillərdəndir”_, deyə ekspert vurğulayıb.

Bakının bu ərazilərində evlər tamamilə sökülməlidir - Nə baş verir?/VİDEO -  Globalinfo.az

Ekspert hesab edir ki, daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı ölkə iqtisadiyyatının ümumi inkişaf tempi ilə uzlaşmır: “Bu səviyyədə bahalaşma digər iqtisadi sahələrin inkişafına da mənfi təsir göstərir. Təəssüf ki, qiymət artımının qarşısının alınması istiqamətində effektiv tədbirlər görülmür”.

Onun sözlərinə görə, torpaq və daşınmaz əmlakın bahalaşması biznesin inkişafını da çətinləşdirir: “İstehsal və ya sənaye müəssisəsi yaratmaq istəyən sahibkar ilk növbədə torpaq əldə etməlidir. Torpağın qiyməti yüksəldikcə layihənin ümumi dəyəri artır, nəticədə ya investisiya həyata keçirilmir, ya da daha böyük maliyyə tələb etdiyi üçün proses uzanır. Sahibkar vəsaitinin böyük hissəsini daşınmaz əmlaka yönəltdikdə digər istiqamətlərə investisiya qoymaq imkanları məhdudlaşır”.

E.Azadov bildirib ki, bahalaşma dövlətin ipoteka siyasətinə də əlavə yük yaradır: “Daşınmaz əmlakın qiyməti artdıqca ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən daha çox vəsait ayrılmalıdır. Bu həm vətəndaşlar, həm də dövlət büdcəsi üçün əlavə yük deməkdir”.

Ekspert hesab edir ki, bazarda qiymət artımını tarazlaşdırmaq üçün tikinti sektorunda rəqabət genişləndirilməlidir: “Daha çox tikinti şirkətinin fəaliyyətinə şərait yaradılmalı, bazara yeni layihələrin çıxışı sürətləndirilməlidir. Təklif artdıqca qiymətlər üzərindəki təzyiq də azalacaq”.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki