image-1777284074_ooqaj35i_largebackend

FİFA çempionatların sıralamasında dəyişiklik edib

image-ads-728x90

FİFA milli futbol çempionatlarının keçirilməsi qaydalarında dəyişiklikləri nəzərdən keçirir. “The Guardian” qəzetinin məlumatına görə, FİFA liqalara öz ölkələrindən kənarda oyunlar keçirməyə icazə verə bilər. Lakin bu, mövsüm ərzində yalnız bir dəfə baş verə bilər. Nəşrdə bildirilir ki, ev sahibi ölkələr digər çempionatların klublarının iştirakı ilə mövsümdə maksimum beş oyun keçirə bilərlər. Yeni qaydalar FIFA-nın xüsusi işçi qrupu tərəfindən hazırlanır və məqsəd bu kimi məsələləri qaydalarda tənzimləməkdir. Əgər hər şey yaxşı gedərsə, yeni qaydalar gələn mövsümdən qüvvəyə minəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki