image-1backend

Forbes: “ ABŞ İrana qarşı bölgəyə təyyarədaşıyan göndərə bilər” 

image-ads-728x90

“Forbes” jurnalı yazır ki, ABŞ İrana qarşı mümkün sərt zərbə variantlarını nəzərdən keçirir və bu məqsədlə bölgəyə təyyarədaşıyan gəmi göndərə bilər. Məqalədə Donald Trampın etirazçıların öldürülməsi və repressiyalarla bağlı Tehrana ünvanladığı ultimatumdan sonra hərbi təzyiq ehtimalının artdığı qeyd olunur.

“Forbes”in dəyərləndirməsinə görə, bölgəyə göndərilməsi ən real hesab olunan gəmilər “USS Theodore Roosevelt” və “USS Abraham” Lincoln təyyarədaşıyanlarıdır.

Digər gəmilərin texniki və əməliyyat məhdudiyyətləri səbəbindən noyabr ayında San Dieqodan yola çıxmış USS Theodore Roosevelt əsas namizəd kimi göstərilir. Alternativ variant kimi isə əvvəllər rotasiya əsasında Yaxın Şərqdə yerləşdirilən USS Abraham Lincoln qeyd olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki