image-1backend

Gənc qızların kabusu olan “liftçi”- SSRİ-nin sonuncu manyakı ölüm cəzasından xilas olub

image-ads-728x90

1980-ci illərin sonlarında Maqnitoqorskda (Çelyabinsk vilayəti) manyak Dmitri Qridinin qurbanlarından ən kiçiyinin cəmi 13 yaşı olub. Sovet qanunlarına görə, Qridini bu cür cinayətlərə görə edam cəzası gözləyib, lakin o, ölümdən xilas olub və bu gün Sovet İttifaqında sağ qalan sonuncu serial qatil hesab olunur.

Dmitri Qridin 4 mart 1968-ci ildə Maqnitoqorskda hörmətli bir ailədə anadan olub: atası Leonid Qridin Maqnitoqorskdakı dəmir-polad zavodunda sex ustası olub. Dmitri atasının yolu ilə getməyə qərar verib: orta məktəbi bitirdikdən sonra Maqnitoqorsk Mədən-Metallurgiya İnstitutuna daxil olub.

pap-5.jpeg (21 KB)

Dmitri erkən ailə həyatı qurub: qızı dünyaya gələndə onun 20 yaşı olub, ona görə də gənc ata dərsləri ilə yanaşı, uşaq bağçasında mühafizəçi işləyib. Ancaq həyat yoldaşı ilə onun münasibətləri tez pozulub. Sonra Dima həyatındakı vəziyyəti düzəltməyə qərar verib, lakin Maqnitoqorskda gənc qadınları qəribə bir şəkildə incitməklə. Əvvəlcə o, qızları qucaqlayıb öpməyə çalışıb, lakin onlar müqavimət göstəriblər və Qridin zorakılığa əl atıb və bu, ona həzz verib. Manyakın ilk qurbanı yerli pedaqoji institutun tələbəsi Tənzilə Usmanova olub. Qridin onu 1989-cu ilin iyununda evinin yaxınlığında küçədə boğub.

Müstəntiqlərin cinayətkarı isti izlərlə tapmaq cəhdləri nəticəsiz qalıb: heç bir şahid tapılmayıb, qatil də heç bir iz buraxmayıb.

Cəmi bir ay sonra Magnitoqorsk daha bir qətllə sarsılıb: 31 iyulda Qridin 16 yaşlı Janna Terençuka hücum edib. O, məktəbli qızı Karl Marks prospekti 143 ünvanındakı binanın girişində pusquya salıb, onunla birlikdə liftə girib və onu boğub. Daha sonra cəsədi yardımçı mərtəbəyə sürüyərək soyundurub və qaçıb.

pap-1.jpeg (29 KB)

Bundan sonra manyak digər binanın liftində pusqu quraraq 13 yaşlı İra Sorokinaya hücum edib. Sorokina huşunu itirəndə Qridin onu dama aparıb, boynundan, sinəsindən və kürəyindən üç bıçaq zərbəsi vurub və hadisə yerindən qaçıb. Lakin Sorokina möcüzəvi şəkildə sağ qalıb.

Sağ qalan qız istintaqa kömək edə bilməyib: təcavüzkarın üzünü xatırlamayıb. Bu vaxt Maqnitoqorskda çaxnaşma yaranıb və valideynlər övladlarını məktəbə yola salıb, dərsdən sonra onları özləri götürüblər. Könüllülər isə təkbaşına “liftçi” ləqəbli manyakı tutmaq qərarına gəliblər. Bu arada, müstəntiqlər təqib və zorlamada təqsirli bilinən bütün şəhər və rayon sakinlərini – təxminən 1500 nəfəri yoxlayıblar.

Müstəntiqlər işlə məşğul olarkən, qatil 18 yaşlı Yelena Nekrasovaya liftdə hücum edib. Ancaq Nekrasova özünü xilas edə bilib və milisə qaçıb. Gənc qız şübhəlinin – arıq, qarasaçlı, 20-25 yaşlarında, təxminən 180 santimetr boyunda, qalın qaşlı və düz burunlu gənc olduğunu deyib. Onun eskizi əsasında 200-ə yaxın adam yoxlanılıb. Onlardan biri şübhəli şəxsə o qədər bənzəyib ki, bir neçə dəfə saxlanılıb. Bununla belə, hətta yüzlərlə təsdiqlənmiş şübhəlinin də istintaqa heç bir faydası olmayıb: Qridin çox vaxt eynək taxıb ki, bu da ona şübhədən kənarda qalmağa kömək edib və cəzasızlıq hissini gücləndirib.

pap-2.jpeg (30 KB)

1989-cu ilin sentyabrında o, axşam alış-verişə getmək qərarına gələn məktəbli Lyudmila Pozdnyakovanı öldürüb. Hadisə yerində əməliyyatçılar aydın barmaq izləri aşkarlasalar da, məlumat bazalarında cinayətkarı tapa bilməyiblər: Dmitri Qridin əvvəllər hüquq-mühafizə orqanlarının diqqətində olmayıb. 25 noyabr 1989-cu ildə Maqnitoqorsk sakini Lyubov Zıkinaya hücum qatil üçün sonuncu olub. İdmançı qız Qridini itələyib liftin qapıları açılan kimi qaçıb. Qridin qaçarkən eynəyi və papağı yerə düşüb.

Gənc qızın valideynləri dərhal milislərə məlumat veriblər ki, şübhəli şəxs papaqsızdır və ağızdan-ağıza yayılan söz tez bir zamanda bütün məhəlləyə yayılıb. Könüllülərin bəxti gətirib: açıq havada 20 dərəcə şaxta olub və hamı başına papaq taxıb. Buna görə də tramvaya qaçan Qridin dərhal diqqətləri üzərinə çəkib və sonda onu saxlayıblar.

pap-3.jpeg (82 KB)

Axtarış zamanı Qridinin ciblərindən bıçaq və pnevmatik tapança aşkar edilib. Nəhayət, qatil hər şeyi etiraf edib. Məhkəmə-psixiatrik ekspertizası Qridinin ağlı başında olduğunu müəyyən edib və onun işi məhkəməyə verilib. Dinləmələrin birində əsl dram baş verib: təqsirləndirilən şəxsdən qisas almaq istəyən qurbanın anası qatilin arvadını öz saçı ilə boğmağa cəhd edib. Bütün Maqnitoqorsk Qridinin ölüm cəzasına məhkum edilməsini və hökmün düz şəhərin mərkəzi meydanında həyata keçirilməsini tələb edib. 1990-cı ilin oktyabrında manyak beş qızı öldürməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilib.

Camaat Qridinin hökmünü gur alqışlarla qarşılasa da, onların sevinci qısa sürüb. Məhkum öz şikayət və vəsatətləri ilə bütün mümkün orqanlara müraciət edib. Onun nüfuzlu atası da oğlunu fəal şəkildə müdafiə edib, ona görə də 1993-cü ildə manyakın ölüm hökmü ömürlük həbslə əvəz olunub.

pap-6.jpeg (28 KB)

Manyak 2014-cü ildə yenidən bəxtini sınamaq qərarına gəlib, əvvəlcə Rusiya prezidentinin onun əfv olunmasını rədd edən fərmanına etiraz edib, sonra isə Belozerski rayon məhkəməsində şərti azadlığa buraxılması üçün vəsatət qaldırıb. Onun bütün cəhdləri uğursuz alınıb.

Bu gün Sovet İttifaqının sağ qalan sonuncu serial qatili sayılan Dmitri Qridin Oqnennı adasındakı (Voloqda vilayəti) “Voloqda Pyatak” kimi tanınan 5 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməyə davam edir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki