image-1backend

Gəncədə dəfn olunan pilotlar Azərbaycana niyə gəlmişdilər? – VİDEO  

image-ads-728x90

Gəncənin 4 saylı qəbristanlığında 19 ispan pilot tarixi mənbələr görə, 2 dünya müharibəi dönəmində, Moskvanın, Leninqradın, Odessanın, Qafqazın və xüsusilə Bakının hava məkanında alman faşizminə qarşı ölüm-qalım savaşında müstəsna rol oynamışlar.
İspan pilotların Gəncəyə gəlişi isə 2-ci dünya Müharibəsindən əvvələ təsüdüf edir. 1936-cı ildə İspaniyada başlayan vətəndaş müharibəsi zamanı respublikaçıları dəstəkləyən keçmiş SSRİ-də ispanlar üçün hərbi hazırlıq məktəbləri açılmışdı. Belə məktəblərdən biri də, Gəncədə idi. Burada pilotlar hazırlanırdı.
Gəncə şəhər şəhid Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbin binası 1937-ci ildən 1939-cu ilə kimi, SSRİ-nin 20 saylı təyyarəçilər məktəbi kimi fəaliyyət göstərib. Bu müddətdə, binada ispan pilotlarda müxtəlif təlim və tədris proseslərinə cəlb olunmuşdur.

Hazırda məktəbin siniflərindən birində ispan təyyarəçilərin xatirə muzeyi fəaliyyət göstərir. Burada onların fotoları, kursantların və təlimçilərin hərbi geyimləri, təyyarə modelləri, həmçinin onlardan bəhs edən qəzet yazıları var.

Tarixi mənbələrə görə, Gəncədə 500-ə yaxın ispan kursant təhsil alıb ki, onların 193 nəfəri alman faşizminə qarşı döyüşlərdə iştirak edib. Həlak olanlardan 19-u Gəncədə dəfn edilib. “Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş ispan və sovet təyyarəçiləri” sözləri yazılan lövhə yerləşdirilən bu məkan həmdə bir tolerantlıq nümunəsi, Azərbaycan və İspan xalqları arasında dostluğun göstəricisidir.

Daha ətraflı keçiddə:

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki