Gəncə şəhər Mənzil‑Kommunal Təsərrüfatı İstehsalat Birliyində (MKTİB) əməkdaşların kütləvi şəkildə işdən çıxarılması ilə bağlı narahatedici məlumatlar daxil olub.
Korrekt.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, son aylarda 1000-dən çox işçi “öz xahişi ilə işdən çıxma” ərizəsi yazmağa məcbur edilib.
Şikayətçilər bildirirlər ki, əks halda əmək müqavilələrinin qanunsuz şəkildə ləğv ediləcəyi ilə bağlı hədələr gəlib.
Məsələ ilə bağlı adıçəkilən qurumla bir neçə dəfə əlaqə saxlamağa cəhd edilsə də, rəsmi açıqlama almaq mümkün olmayıb.





















