image-1backend

General Qafqaza bu səbəbə gəlibmiş – Bakıya qarşı raketlər…

image-ads-728x90

Ermənistan Hindistanın “Pralay” taktiki ballistik raketləri ilə maraqlanır. Musavat.com-un xəbərinə görə, bu haqda Hindistanın IDRW agentliyi məlumat yayıb. Bu informasiyaya erməni mətbuatı xüsusi yer ayırıb. “Hraparak” nəşri Dehli mediasına istinadla qeyd edib ki, Azərbaycan Hindistanın da iştirak etdiyi İsrailin “Barak-8” zenit-raket sistemlərindən istifadə edir. Bu hava hücumundan müdafiə (HHM) sisteminin öhdəsindən gəlmək üçün İrəvan Dehlidən “Pralay” yer-yer raketləri almaq imkanını nəzərdən keçirir.

Bu, qısamənzilli raketdir və əsas xüsusiyyəti trayektoriyanın son hissəsində manevr etmək, uçuş istiqamətini dəyişdirmək qabiliyyətidir. Bu da “Pralay”ı hətta “Barak-8” və ya “S-300” kimi müasir sistemlər üçün belə tutmağı olduqca çətin hədəfə çevirir. Razılaşma baş tutarsa, Ermənistan “Pralay” sisteminin ilk xarici alıcısı olacaq. Qeyd edək ki, “Pralay” raketlərinin istehsalına 2023-cü ildən başlanılıb və hazırda onların bir qismi Çinlə sərhəddə yerləşdirilir.

Xatırladaq ki, Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahı rəisi general Anil Çauhani fevralın 1-də Ermənistana rəsmi səfər edib. Hindistan 2022-2024-cü illər arasında istehsal etdiyi bütün silahların 43%-ni Ermənistana satıb. Hindistanın Ermənistana satdığı eksperimental xarakterli, heç bir müharibə və döyüş sınağından çıxmamış silahların əksəriyyəti – “Akaş” hava hücumundan müdafiə kompleksi, “ATAGS” haubitsaları, “MArG 155” özüyeriyən haubitsalarının keyfiyyəti və dəqiqliyi ciddi sual altındadır. Maraqlı məqam odur ki, Hindistan Ermənistanı bu silah və texnikaların sınaqdan keçiriləcəyi poliqon gözündə görür. Ötən həftələrdə isə “The Hindu Business Line” xəbər vermişdi ki, Hindistan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyasını göndərib. (mənbə: haqqın.az). Hindistandan Ermənistana silah müqavilələrinin ümumi dəyərinin bütün tədarük müddəti ərzində 600 milyon dollara çatdığı deyilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki