Hava Nəqliyyatında Baş Gömrük İdarəsi fərdi sahibkar Əsəd Qacar oğlu Əzizovla satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə ofis mebellərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 2 065 manat təşkil edir. Qurum bu məbləğə 1 ədəd rəhbər dəsti, 1 ədəd paltar dolabı, 1 ədəd isə sənəd dolabı alacaq.
Əsəd Əzizovun adı, soyadı və ata adı Masallı şəhər bələdiyyəsinin sədr müavini Əsəd Qacar oğlu Əzizovla üst-üstə düşür. Apardığımız araşdırma zamanı onunla Masallı şəhər bələdiyyəsinin sədr müavininin eyni şəxs olduğu müəyyənləşib.
Əsəd Əzizov bələdiyyə seçkilərində namizəd olarkən təqdim etdiyi tərcümeyi-halında da fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd edib.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydən olur ki, bələdiyyə sədrinin müavini vaxtaşırı satınalma müsabiqələrində iştirak edir və qalib seçilir.





















