image-f00f7984c17aeac2f97c26d4f07423dfbackend

Gültəkin Hacıbəyli Türkiyədə SAXLANILDI

image-ads-728x90

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başladılan cinayət işinə cəlb olunanların sayı artmaqdadır.

Korrekt.az  xəbər verir ki, noyabrın 29-da həbs edilən AXCP liderinə qoşulanlardan daha biri məlum olub. Bu şəxs Kərimlinin həm də lideri sayılan Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylidir.

Hazırda ölkədən kənarda-Türkiyədə olan G.Hacıbəyli bu barədə özü Feysbuk səhifəsində məlumat verib: “İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, polis bölməsindən gəliblər, məni bölməyə aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var. Çox güman ki, Türkiyədən deportasiya olunacağam. Mən Türkiyə polisinə sabah saat 9-da İELTS imtahanım var, onu verib gələcəyəm desəm də, şans vermədilər”.

Qeyd edək ki, zaman-zaman G.Hacıbəylinin Mehdiyevin adamı olması barədə məlumatlara tez-tez rast gəlmişik. Hətta onun parlamentdə vaxtı ilə “Boz kardinal”ın xeyir-duası ilə əyləşdiyi barədə iddialara da az rast gəlinməyib.musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki