image-1backend

Gülyanaq Məmmədova: “Məktəbdə geyim mədəniyyəti qorunmalıdır”

image-ads-728x90
“Təhsil sistemində vahid məktəbli formasının tətbiqi vacibdir. Dövlətin bu barədə verdiyi qərarı dəstəkləyirik”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib.

Müğənninin sözlərinə görə, məktəbli formasının olması çox vacibdir:

“Mən bu fikri dəstəkləyirəm. Bizim dövrümüzün özünəməxsus geyimləri var idi. Həmin geyimlər çox gözəl görünürdü. Biz məktəbli geyimlərini sevə-sevə geyinirdik. Hətta pioner qalstuklarını belə ütüsüz taxmazdıq. Hamımız geyimə böyük hörmətlə yanaşardıq. Bu gün də bəzi məktəblərdə ümumi forma var. Həmin geyimləri almaq ata-analar üçün də rahatdır. 3-5 uşağı məktəbə yola salan valideynlər var. Hamısı eyni formanı alır və lazım gələndə uşaqlar həmin formaları təkrar geyinə bilirlər”.

Gülyanaq Məmmədova hesab edir ki, məktəbli geyimləri şagirdlərin fikrini yayındırmır:

“Kim bahalı geyindi, kim ucuz geyindi, heç kəs bilmir, çünki hamı eyni geyinir. Sinfə girəndə bilirsən ki, məktəbdəsən, şagird qarşısındasan. Məktəbdə müəllim və şagird üçün geyim mədəniyyəti qorunmalıdır. Bir Azərbaycan vətəndaşı olaraq bunları dəstəkləyirəm”.

Sənətçi səhnədə də belə geyim mədəniyyətinə üstünlük verdiyini əlavə edib:

“Çünki biz azərbaycanlıyıq. Azərbaycanın milli-mənəvi dəyərlərini qorumalıyıq. Son günlər Gülyaz xanımla birlikdə Məsim Məsimovla layihələri əsasında gördüyümüz işlər ailə dəyərlərinin qorunmasına xidmət edir. Tərbiyə ailədən başlayaraq məktəbdə davam edir. Müəllim müqəddəs varlıqdır. Biz müəllimlərin qarşısında paltarlarımızın qırışlarından belə utanardıq. Şagird hər zaman səliqəli geyinməlidir. Eyni zamanda, müəllim də tələbə və şagird qarşısında elə geyinməlidir ki, gələcəyə yol göstərsin”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki