image-1backend

“Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində son tədbir Cəbrayıl rayonu Şükürbəyli kəndində keçirilib

image-ads-728x90
“Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə tərəfdaşlıq çərçivəsində “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” layihəsini həyata keçirib. Layihənin əsas məqsədini işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhali arasında mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) tədbirləri təşkil etməklə məlumatlandırma işlərinin səmərəliliyinin artırılması, mina insidentlərin minimuma endirilməsi təşkil edir.

Layihə işğaldan azad edilmiş Cəbrayıl, Fizuli, Xocəvənd, Zəngilan şəhərlərində icra olunub.

Layihənin icra planına uyğun olaraq, son maarifləndirici tədbir işğaldan azad olunmuş və son zamanlarda doğma yurdlarına köç etmiş Cəbrayıl rayonu Şükürbəyli kəndinin yeniyetmə şagirdlər və müəllim sakinləri arasında həyata keçirilib. Tədbiri Cəbrayıl rayonu, Şükürbəyli kənd tam orta məktəbin direktor əvəzi Mina Fətəliyeva açaraq, qonaqları və iştirakçıları salamlamış, həyata keçirilən maarifləndirmə fəaliyyətinin vacibliyini yüksək qiymətləndirmiş, tədbirin Böyük Qayıdış prossesinə ciddi əngəl yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə ilə bağlı sakinlərin maarifləndirilməsi və təhlükəsiz məskunlaşması üçün xüsusi əhəmiyyətini qeyd edib. Layihə koordinatoru Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlər haqqında məlumat verib. “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının sədri Faiq Seyidov layihənin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin həyata keçirilməsinə dəstək xarakteri daşıdığını, rəhbəri olduğu təşkilatın mina və PSTM istiqamətində maarifləndirmə və minatəmizləmə əməliyyatı üzrə təcrübəsi haqqında məlumat verib.

Layihə üzrə təlimçi, minadan zərərçəkən, ANAMA-nın keçmiş əməkdaşı Hasil Yusubov təqdimatla çıxış edərək mina, MPQ və növləri haqda məlumat, mina mifləri, mina təhlükəsinin törətdiyi fəsadlar və acı nəticələri, mina və partlamamış hərbi sursatlarla təhlükəsiz davranış vərdişləri və hərəkət qaydaları, maarifləndirmə işlərinin davamlılığı mövzusunda təqdimatla məlumatlar verib, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları tədbirin təşkil olunmasına görə “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatına, əhəmiyyətli layihəni maliyyələşdirdikləri üçün Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fonduna minnətdarlığını bildirib, bu cür maarifləndirici tədbirlərin doğma yurda qayıdan əhali arasında mina təhlükəsi ilə bağlı məlumatlılığın artırılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və mümkün risklərin qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıblar.

Tədbirdə hər bir iştirakçı üçün mövzu üzrə hazırlanmış maarifləndirici buklet, poster və dəftərxana ləvazimatlarından ibarət qovluq və sertifikatlar təqdim olunub. Tədbirin sonunda cay-kofe fasiləsi zamanı da müzakirələr davam etdirilib. Bununla da layihə uğurla yekunlaşıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki