image-img-20261012-wa0112backend

Qax rayonunda “Şən Bazar” festivalı keçirilib – FOTOLAR 

image-ads-728x90

Oktyabrın 10-11-də Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə Qax rayonunda “Şən Bazar” festivalı keçirilib.

Festivalın məqsədi Qax rayonunun zəngin mədəni-tarixi irsinin, milli adət-ənənələrinin, folklorunun, sənətkarlıq nümunələrinin və yerli qastronomiyasının geniş auditoriyaya tanıdılması, regionun turizm cəlbediciliyinin artırılması, eləcə də yerli iqtisadi fəallığın təşviq edilməsi olub.

İki gün davam edən festivalda yerli sənətkarların əl işləri və təbii məhsulları nümayiş etdirilib, qastronomiya təqdimatları və ustad dərsləri təşkil olunub. Bununla yanaşı, festivalda milli musiqi, folklor və rəqs nümunələri nümayiş olunub, uşaqlar üçün yaradıcı proqramlar, eləcə də musiqili-əyləncəli party proqramı təşkil edilib.

Turizm guşəsində isə Qax rayonunun turizm potensialı, marşrutları və görməli məkanları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Festival ölkənin müxtəlif rayonlarından gələn turistləri və ziyarətçiləri bir araya gətirib, turizm şirkətlərinin Qax rayonuna və bütövlükdə regiona turlar təşkil etməsi üçün əlavə tanıtım imkanları yaradıb.

Tədbir çərçivəsində bloqerlər üçün festivalı və Qax rayonunun turistik məkanlarını əhatə edən infotur da təşkil olunub.

image-img-20261012-wa0112 image-img-20261012-wa0107 image-img-20261012-wa0106 image-img-20261012-wa0105 image-img-20261012-wa0114 image-img-20261012-wa0108 image-img-20261012-wa0110 image-img-20261012-wa0104



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki