2026-cı il yanvarın 1-dən Gürcüstana səfər edən turistlər üçün yeni qayda tətbiq olunur. Yeni tələblərə əsasən, ölkəyə daxil olmaq istəyən şəxslərdən gürcü və ya ingilis dilində tibbi sığorta tələb ediləcək.
Məlumata görə, sığorta turistin ölkəyə daxil olduğu andan səfər müddətinin sonuna qədər qüvvədə olmalıdır. Tibbi sığorta qəza, xəsarət, qəfil xəstəlik, tibbi təxliyə və repatriasiya hallarını əhatə etməlidir.
Məsələn, Gürcüstana bir həftəlik səfər üçün tibbi sığorta haqqı təxminən 12 manat təşkil edir. Səfər müddəti artdıqca sığorta məbləği də yüksəlir.
Qaydaya əməl etməyən əcnəbilər 300 lari, yəni təxminən 189 manat məbləğində cərimələnəcəklər. Cərimə vaxtında ödənilmədiyi halda məbləğ iki və ya üç dəfə artırıla bilər. Bildirilir ki, tələblərin pozulması ölkəyə girişin məhdudlaşdırılması və ya deportasiya ilə nəticələnə bilər.





















