image-1backend

Hikmət Hacıyev: Azərbaycan ərazisini qonşulara qarşı istifadəyə imkan verməz

image-ads-728x90

Azərbaycan heç vaxt imkan verməyəcək ki, öz ərazisindən heç bir qonşu dövlətə qarşı hərəkətlər üçün istifadə edilsin. Korrekt.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana zərbə endirmək üçün ölkə ərazisinin İsrailə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, suverenlik və ərazi toxunulmazlığı Bakı üçün fundamental prinsiplərdir. Hacıyev İranı da qardaş ölkə adlandıraraq, Araz çayının o tayında Azərbaycan xalqına yaxın insanların yaşadığını qeyd edib.

O vurğulayıb ki, İsrail kəşfiyyat xidmətlərinin Azərbaycan ərazisindən mümkün istifadəsi ilə bağlı iddialar rəsmi Bakının mövqeyinə uyğun gəlmir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki