image-1backend

“Hizbullah” ermənini təbliğat üçün istifadə etmək istəyib

image-ads-728x90

Livanda bir neçə gün əvvəl “Hizbullah”ın və dünya erməniliyinin bütün mediası “6-cı Dairənin komandiri erməni əsilli Manuel Babikyanın Livan uğrunda İsrail qəsbkarları ilə döyüşdə qəhrəmancasına şəhid olduğu” haqda məlumat yayıblar.

Beyrut mediası isə bu insanı tapıb və məlum olub ki, Manuel Babikyanın ölüm xəbəri saxtadır və dostu tərəfindən zarafat kimi yayılıb.

Manuel özü müxbirlərə bu haqda bunları söyləyib:

“Mən şəhid-zad deyiləm və şəhid olduğum üçün xoşbəxt deyiləm. Yaxşıyam. Sağam. Səhərdən bəri telefonumun səsi kəsilmir. Hamı zəng edir, həqiqətən öldüyümü və ya nəsə baş verdiyini düşünür. Məni tanıyanlar bilir: Mən heç bir partiyaya və ya qrupa mənsub deyiləm. Həyatım ev, iş və mağaza arasında bölünüb. Başqa heç nə.

Dostlarımla oturmuşdum. Bir dostum zarafat olaraq mənim şəklimi çəkib qrupa yerləşdirdi. Bundan sonra şəkil yayıldı. Sonra gördüm ki, həmin qrup  mənim şəklimi çəkib, “şəhid” şablonuna daxil edib və bu barədə elan edib.

Hər şey səhvdir. Şəklim hər yerdədir – sosial mediada, xəbərlərdə. Telefonum hələ də susmur və bütün dünya məni axtarır.

Hətta adımı səhv yazdılar: “Manuel Babikyan” dedilər, amma soyadım Abidikyandır. Mən komandir və ya bu qrupun üzvü-zadı deyiləm. “6-cı Dairənin komandiri” — bunun nə demək olduğunu belə bilmirəm.

Səhər tezdən bir dostum mənə zəng etdi və ağlamağa başladı: “Sağsan?” Dedim: “Bəli, hər şey yaxşıdır.” İlk iki dəqiqə danışa bilmədi, sonra dedi: “Sənin kim olduğunu bilirəm, amma bu xəbərə inana bilmədim”.

Bu vəziyyət məni bir az məyus etdi və ruhdan saldı. Çünki bu, kiçik bir şey deyil; milyonlarla insana çatıb. Hər yerə yayılıb”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki