image-1backend

“HÜRKUŞ-II” təyyarələri Türkiyə HHQ-ə təhvil verilib

image-ads-728x90

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.

“HÜRKUŞ-II” Türkiyə Silahlı Qüvvələrində istifadə olunacaq ilk yerli istehsal olan pilotlu təyyarədir.

Təhvil mərasimi TUSAŞ-ın Ankaradakı müəssisələrində baş tutub.

Korrekt.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Departamenti bildirib ki, TUSAŞ ilə razılaşdırılmış layihə çərçivəsində ümumilikdə 55 ədəd “HÜRKUŞ-II” təyyarəsi istehsal olunacaq.

Bu il Türkiyə Hərbi Hava Qüvvələrinə əlavə on təyyarə təhvil veriləcək, qalan 43 təyyarənin isə 2028-ci ilin sonuna qədər tədarük olunması planlaşdırılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki