İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç Fransa millisinin potensialı ilə bağlı təəssüratlarını bölüşüb.
Xatırladaq ki, 1/8 final mərhələsində “üçrənglilər” isveçlilərə heç bir şans verməyib və üç cavabsız qol vurublar.
“Oyundan əvvəl demişdim və hələ də bu Fransa komandasında heç bir zəif cəhət görmürəm. Onların hücum xəttindəki istənilən oyunçu oyunu təkbaşına qazana bilər. Oliseh qol vura bilmədi, amma Mbappe və Dembeledə olmayan bir vizyonu var, baxmayaraq ki, onlar fərqli keyfiyyətlərə malik oyunçulardır. Görəcəyik ki, Fransa nə qədər irəliləyəcək, amma bu, dəhşətli bir komandadır.”
“The Touchline” qəzeti İbrahimoviçin sözlərini sitat gətirib: “Dünyanın ən yaxşı beş hücumçusundan üçü burada oynayır: Mbappe, Dembele və Oliseh. Digər ikisi Yamal və Haalanddır. Messi tamamilə fərqli bir kateqoriyadadır, ona görə də mən onu nəzərə almıram”.





















